Moldova parlament sədrinin müavini: "Prezident seçkiləri ən yüksək səviyyədə keçdi"

Seçkilərin hazırlanması və təşkili prosesindən danışsaq deyə bilərəm ki, ən yüksək səviyyədə keçdi. Bütün vətəndaşlara bərabər şərait yaradılmışdı və onlar öz iradələrini ifadə etmək imkanı qazanmışdılar. Biz saxtalaşdırmanın qarşısını alan yenilikləri də gördük. Bu mənada Azərbaycan təcrübəsi digər ölkələr üçün nümunədir.

Sechki-2018.az saytının məlumatına görə, bunu prezident seçkilərini müşahidə edən Moldova parlament sədrinin müavini, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vladimir Vitiuc aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib.

Mərkəzi Seçki Komissiyasının və seçkilərə cavabdeh olan orqanların böyük seçki təcrübəsinin olduğunu  deyən V.Vitiuc bildirib ki, seçki prosesini izləyən beynəlxalq müşahidəçilər üçün də yaxşı şərait yaradılmışdı. O, səsvermədə seçici aktivliyinin şahidi olduğunu da əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31