Rusiya qonşu ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib ki, Moskva dost və neytral ölkələrə qarşılıqlı faydalı regionlararası əməkdaşlıq modelləri təklif edir.

Şevtsovun sözlərinə görə, Çin, Belarus və Qazaxıstanla yanaşı, Rusiyanın İran, Monqolustan, Şimali Koreya, Azərbaycan və Gürcüstanla da böyük kooperasiya potensialı mövcuddur.

O vurğulayıb ki, regionlararası əlaqələr yalnız sadə mal mübadiləsi ilə məhdudlaşmamalı, birgə istehsal zəncirlərinin qurulması mərhələsinə keçməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31