Talaybek Masabirov: "Xalqın yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunurdu"

Müşahidələr apardığımız məntəqələrdə olduğumuz zaman heç bir qanun pozuntusuna rast gəlmədik. Xalqın yüksək seçki əhval-ruhiyyəsi müçahidə olunurdu. Sechki-2018.az saytı xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən Qırğızıstan–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov aprelin 12-də keçirdiyi mətbuat konfransında deyib.

Müşahidələr apardığımız məntəqələrdə olduğumuz zaman heç bir qanun pozuntusuna rast gəlmədik. Xalqın yüksək seçki əhval-ruhiyyəsi müçahidə olunurdu. Sechki-2018.az saytı xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov aprelin 12-də keçirdiyi mətbuat konfransında deyib.

Ona yaxın seçki məntəqəsində olduğunu deyən Talaybek Masabirov bildirib ki, seçicilər öz iradəsini azad şəkildə ifadə edə biliblər. Seçkilərin keçirilməsi üçün yaxşı şərait yaradılmışdı.

Seçkilərin şəffaf və ədalətli keçdiyindən danışan Talaybek Masabirov Azərbaycan xalqına gələcək tərəqqi və sülh arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31