Universitetlərin beynəlxalq əməkdaşlığı fotoşəkillərlə deyil, elmi nəticələrlə ölçülməlidir- ÖZƏL

"Bir xarici nümayəndə heyəti Bakıya gəlib qısa müddətdə şəhərdəki ona yaxın universitetlə görüşürsə, həmin görüşlərin hər birinin "strateji beynəlxalq əməkdaşlıq" kimi təqdim edilməsi nə dərəcədə doğrudur?" "Olaylar" xəbər verir ki, bunu iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib: "Universitetlər bir-birindən fərqlənir. Onların profilləri, elmi istiqamətləri, tələbə kontingenti, beynəlxalq strategiyaları və tərəfdaşlıq ehtiyacları müxtəlifdir. Deməli, xarici nümayəndə heyəti ilə görüşün də universitetin öz strategiyasına uyğunluğu olmalıdır.

Əgər bir nümayəndə heyəti bütün universitetlərə eyni təqdimatla gedir və bütün universitetlər də eyni formada "əməkdaşlıq qurduğunu" elan edirsə, burada rəqabətli beynəlxalqlaşmadan daha çox formal protokol fəaliyyəti görüntüsü yaranır.

Beynəlxalq əməkdaşlıq fotoşəkillərinin, görüş protokollarının və memorandumların sayı ilə deyil, yaradılmış real akademik, elmi və institusional nəticələrlə ölçülməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31