Necdet Ünüvar: "Seçki son dərəcədə demokratik və obyektiv oldu"

Dünən keçirilmiş seçkinin gedişi və İlham Əliyevin 86 faizlə prezident seçilməsi Azərbaycanda prezident seçkisinin gedişini tənqid edənlərə ən yaxşı cavab oldu. Seçki son dərəcədə demokratik və obyektiv oldu.

Dünən keçirilmiş seçkinin gedişi və İlham Əliyevin 86 faizlə prezident seçilməsi Azərbaycanda prezident seçkisinin gedişini tənqid edənlərə ən yaxşı cavab oldu. Seçki son dərəcədə demokratik və obyektiv oldu. Sechki-2018.az saytının xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Necdet Ünüvar Avropada bəzi qüvvələrin Azərbaycanda prezident seçkisi ilə bağlı tənqidi fikirlərinə cavab olaraq bildirib.

Türkiyədən 15 deputatın gəldiyini və Bakının Yasamal, Nərimanov və Nəsimi rayonlarındakı məntəqələrdə seçkinin gedişini izlədiklərini deyən N.Ünüvar qeyd edib ki, hər şey qanunauyğun şəkildə keçib: "Təhlükəsizlik yüksək səviyyədə təşkil olunmuşdu. Hər hansı qarışıqlıq, problem baş vermədi. Səhər tezdən artıq məntəqələrdə seçici sıxlığı müşahidə olunurdu. Bizim ən çox diqqətimizi çəkən o oldu ki, hər yerdə qadın seçicilərin çox olduğunu gördük. Bu da Azərbaycanda qadınların nə qədər fəal olduğunu göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31