Maryo Deyvid: "Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edir"

Namizədlərin irəli sürülməsi prosesi və namizədlərin qeydiyyatı zamanı heç bir ciddi pozuntu və şikayət qeydə alınmayıb. Sechki-2018.az saytı xəbər verir ki, bu barədə Azərbaycanda prezident seçkilərini izləyən Mərkəzçi Demokrat Beynəlxalq Hərəkatına üzv partiyaların nümayəndələrinin müşahidələrinin yekunlarına həsr lunmuş mətbuat konfransında portuqaliyalı nümayəndə Maryo Deyvid söyləyib.

M.Deyvid qeyd edib ki, namizədlər seçki dövründə heç bir məhdudiyyət olmadan kampaniya apara biliblər. O deyib:  "Bu məqsədlə ölkənin bütün şəhərlərində xüsusi yerlər təşkil edilmiş və siyasi mövqedən asılı olmayaraq, hər bir təşkilatın təhlükəsiz toplaşması təmin olunmuşdu. Əsas məsələ odur ki, bütün namizədlərə öz platformalarını təqdim etmək üçün imkan yaradılmışdı. Seçki kampaniyası dövründə insan hüquqlarına məhdudiyyətlər müşahidə edilməyib.

Seçki günü müşahidəçilər Bakıda və kiçik şəhərlərdə və kənd yerlərində seçki məntəqələrinə gediblər. Müşahidələr təsdiq edir ki, insanlar seçdikləri namizədə səs verməkdə azad idi. Səfər edilən məntəqələrdə heç bir hədə-qorxu, məcburiyyət və ya zorakılıq halına rast gəlinməyib".

Seçki prosesinin mütəşəkkil qayda da təşkil olunduğunu bildirən M.Deyvid bildirib ki, səsvermə günü seçki nəticəsinə təsir göstərəcə biləcək ciddi pozuntuya rast gəlinməyib. 11 aprel səmərəli, dinc, azad və şəffaf keçib. Biz əminik ki, seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31