Fransalı müşahidəçilər: "Seçkilər Qərb demokratiyasında mövcud olan standartlara cavab verir"
Prezident seçkiləri Azərbaycanda demokratik standartların daha da gücləndirilməsi istiqamətdə atılan bir addım idi. Sechki-2018.az saytı xəbər verir ki, bu barədə Fransadan dəvət olunana müşahidəçi missiyasının üzvü Mişel Teğo müşahidələrinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
12 Aprel 2018 11:44 SiyasətPrezident seçkiləri Azərbaycanda demokratik standartların daha da gücləndirilməsi istiqamətdə atılan bir addım idi. Sechki-2018.az saytı xəbər verir ki, bu barədə Fransadan dəvət olunana müşahidəçi missiyasının üzvü Mişel Teğo müşahidələrinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
M.Teğo qeyd edib ki, seçki günü Bakıda və onun ətraf rayonlarında keçirilən prezident seçkilərində səsvermənin gedişatını izləyiblər. O deyib: "Müşahidələrimiz deməyə əsas verir ki, səsvermənin təşkil olunması Qərb demokratiyasında mövcud olan standartlara cavab verir. Görüşdüyümüz digər müşahidəçilər də bizə heç bir qayda pozuntusu ilə qarşılaşmadıqlarını və seçicilərə heç bir kənar təzyiqin olmadığını bildirdilər. Namizədlər öz platformalarını heç bir məhdudiyyət olmadan ifadə edə bilirdilər. Nəticə etibarı ilə qeyd etmək lazımdır ki, seçkilər tam şəffaf keçirilib".