Aİ Regional komitəsinin üzvləri: "Seçkilər legitimdir"

Avropa İttifaqı  Regional komitə üzvlərinin Müşahidə Missiyası 11 aprel prezident  seçkilərinin nəticələrinə  dair bəyanatını açıqlayıb. Missiyanın üzvü Uno Silberq səsvermə günü 46 seçki məntəqəsində müşahidə həyata keçirdiklərini deyib. O,  müşahidələrə və araşdırmalara əsasən, prezident seçkilərinin önə çəkilməsinə dair qərarın milli  qanunvericiliyə  uyğun qəbul edildiyini, səsvermə prosesinin texniki və təşkilatı baxımdan yaxşı təşkil edildiyini bildirib.

U. Silberq seçici fəallığının yüksək olduğunu  və səsvermə prosesinin dinc şəraitdə keçirildiyini, kənar müdaxilələr müşahidə etmədiklərini deyib: "Üç məntəqədə səslərin sayılması prosesini izlədik və heç bir maneçilik olmadı. Yekun olaraq belə hesab edirik ki, seçkilər legitimdir və seçicilərin sərbəst, gizli səsvermə hüquqları təmin edilib". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31