Albaniyalı müşahidəçi: “Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçib”

"Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçib”. Məlumata görə, bu sözləri Cənubi Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət seçki monitorinq qrupunun Albaniyadan olan üzvü Vokşi Albana deyib.

"Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçib". Məlumata görə, bu sözləri Cənubi Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət seçki monitorinq qrupunun Albaniyadan olan üzvü Vokşi Albana deyib.

O bildirib ki, missiyaya 25 qadın daxildir: "Seçkilər demokratik və şəffaf keçib. Səsvermə məkanları yaxşı hazırlanmışdı. Müşahidə zamanı seçici siyahıları ilə bağlı heç bir problemlə rastlaşmadıq. Səsvermə sakit, kənar müdaxilə olmadan keçdi. Səslərin sayılmasında da heç bir problemlə rastlaşmadıq. Bu proses şəffaf həyata keçirildi. Bütün protokollar müşahidəçilərin ilk tələbi ilə onlara göstərilib".   Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31