Qərb Ermənistandan Rusiya ilə vizasız rejimi ləğv etməyi tələb edir – ÖZƏL

Olaylar.az məlumat verir ki, "Hraparak" qəzeti hakimiyyətdəki mənbələrinə istinadən xəbər verir ki, Qərb tərəfdaşları Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması müqabilində İrəvan qarşısında Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq edilməsi tələbini qoyublar. Bu prosesin həyata keçirilməsi 2028-2029-cu illərə planlaşdırılır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya vətəndaşlarına viza rejiminin tətbiq olunması ilk növbədə Ermənistanın özünə və zərər vuracaq.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bu iddiaları təkzib edərək bəyan edib ki, İrəvan rusiyalıların ölkəyə gəlişini məhdudlaşdırmaq niyyətində deyil. Baş nazirin sözlərinə görə, Rusiya vətəndaşları Ermənistanın turizm sektorunun inkişafına mühüm töhfə verirlər və ölkə onları məmnuniyyətlə qəbul edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31