Azərbaycanda 80 mindən çox ailəyə ünvanlı dövlət sosial yardım göstərilib
Ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin - əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur. Məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
12 Aprel 2018 12:06 SosialÖlkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin - əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur. Məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə sosial müavinət və ya kompensasiya təyin olunmuş şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 376,1 min nəfər təşkil edib.
""Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2006-cı il iyul ayının 1-dən başlayaraq aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir və 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 80,2 min ailənin 326,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub," - deyə T. Budaqov bildirib. Apa.az