Gündəm
Razi Nurullayev prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat verdi
Namizədliyi “Cəbhəçilərin Təşəbbüs Qrupu” tərəfindən irləi sürülmüş Razi Nurullayev 11 aprel prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat verib. “Olaylar” xəbər verir ki, bəyanatda R. Nurullayev səsvermənin ilkin nəticələrinə görə hazırkı dövlət başçısı İlham Əliyev qalib olduğunu qeyd edib: “Mən cənab İlham Əliyevi birincilik münasibətilə təbrik edirəm və Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni səhifə açmasını istəyirəm”.
MSK yekun nəticələri açıqladı: "Seçicilərin 86,03 faizi İlham Əliyevə səs verib"
Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
Məzahir Pənahov: "Bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi"
Azərbaycanda prezident seçkilərində bütün dairələrdə səsvermə nizam-intizama qanunauyğun həyata keçirilib. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib.
Bu da Gülben Ergenin yeni sevgilisi
Jurnalist Erhan Çelikdən ayrıldıqdan sonra adı bir çox insanla hallanan müğənni Gülben Ergen prodüser Burak Törerlə eşq yaşayır.
Bulvarda dəhşətli mənzərə: dənizdən meyit çıxdı
Bu gün Bakı bulvarının sahilindən meyit tapılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi cəsədinin aşkar edilməsi barədə məlumat daxil olub.
Balaca uşaq İlham Əliyevə görə göz yaşlarına boğuldu- VİDEO
Sosial şəbəkələrdə dövlət başçısına görə ağlayan azyaşlı oğlanın videosu yayılıb. Məlumata görə, 8-10 yaşlarında olan uşaq anasının zarafatla “Əgər İham Əliyev prezident seçilsə, bu gün evimizə qonaq gələcək” sözlərinə inanıb. Daha sonra İlham Əliyevin yüksək səs faizi topladığını bilən uşaq anasına prezidentin niyə evlərinə gəlmədiyini soruşub.
Putin İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Rusiya prezidenti Vladimir Putinİlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Məlumata görə, Rusiya prezidenti azərbaycanlı həmkarına göndərdiyi təbrik teleqramında qeyd edib ki,İlham Əliyevin seçkilərdə inamlı qələbəsi onun siyasi nüfuzunun olduğunu təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət vəzifələrinin həllində xidmətlərinin dəyərləndirildiyini göstərir.
Azərbaycan dünya birinciliyində daha bir medal qazandı
Tunisin Hammamet şəhərində taekvondo üzrə gənclər arasında dünya birinciliyi davam edir. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, mundialda mübarizə aparan gənc milli yığma komandamızın daha bir üzvü möhtəşəm uğura imza atıb.
Vətəndaş müraciətlərinə operativ reaksiya verilir
Birinci sinfə mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qeydiyyat prosesi müddətində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Alternativ Qeydiyyat Mərkəzləri ilə birgə) 3 000-dən çox vətəndaş müraciəti daxil olub. “OLAYLAR” xəbər verir ki, ötən müddətdə birinci sinfə şagird qəbulu ilə bağlı BŞTİ-yə 1 345 ərizə və 40 məktub ünvanlanıb. 151 vətəndaş müvafiq məsələlərlə bağlı qəbul edilib. Daxil olan telefon zəngləri də operativ şəkildə cavablandırılıb.
Cəbhədən xəbər var
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
Müdafiə naziri prezident seçkilərinin uğurla başa çatması münasibətilə ordumuzun şəxsi heyətini təbrik edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də ölkəmizdə keçirilən Prezident seçkilərinin uğurla başa çatması və cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə Ordumuzun şəxsi heyətini təbrik edib.
“Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə hazırlanan “Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb.
Yeni metodiki vəsaitlər işıq üzü gördü
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər. Bu dəfə müxtəlif mövzuları əhatə edən yeddi metodiki vəsait çap olunub.
Azərbaycanlı finalçılar “Sinemanın Kral və kraliçası” SEÇİLMƏDİLƏR
İstanbulda keçirilən Türkiyənin məhşur “Sinemanın Kral və kraliçası” layihəsinin 2018-ci ilin finalçıları bəlli olub. Tanınmış sənətkarların və peşəkarların münsifliyi ilə baş tutan Qala gecəsində Türkiyənin Anadolu liseyinin tələbəsi 18 yaşlı Can Altıntaş “Kral”, 20 yaşlı Aslı Can isə “Kraliça” adını qazanıb.
12 aprel ümumdünya Aviasiya və Kosmonavtika günüdür
Bu gün dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. 1961-ci ildə ABŞ ilə raket yarışmasında qabağa çıxmaq istəyən Serqey Korolyov namizədlər arasından 6 nəfəri seçir. Onların arasında Qaqarin də vardı. Kimin kosmosa uçması sonuncu dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.














