Vətəndaş müraciətlərinə operativ reaksiya verilir
Birinci sinfə mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qeydiyyat prosesi müddətində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Alternativ Qeydiyyat Mərkəzləri ilə birgə) 3 000-dən çox vətəndaş müraciəti daxil olub. “OLAYLAR” xəbər verir ki, ötən müddətdə birinci sinfə şagird qəbulu ilə bağlı BŞTİ-yə 1 345 ərizə və 40 məktub ünvanlanıb. 151 vətəndaş müvafiq məsələlərlə bağlı qəbul edilib. Daxil olan telefon zəngləri də operativ şəkildə cavablandırılıb.
12 Aprel 2018 12:26 SosialBirinci sinfə mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qeydiyyat prosesi müddətində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Alternativ Qeydiyyat Mərkəzləri ilə birgə) 3 000-dən çox vətəndaş müraciəti daxil olub. "OLAYLAR" xəbər verir ki, ötən müddətdə birinci sinfə şagird qəbulu ilə bağlı BŞTİ-yə 1 345 ərizə və 40 məktub ünvanlanıb. 151 vətəndaş müvafiq məsələlərlə bağlı qəbul edilib. Daxil olan telefon zəngləri də operativ şəkildə cavablandırılıb.
Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə kömək üçün yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə isə 1 312 müraciət daxil olub.
Qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə müvafiq ümumi təhsil müəssisəsində fəaliyyət göstərən Apelyasiya Komissiyaları da vətəndaşlara zəruri dəstək verir.
Bundan əlavə, birinci sinfə mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə daha çevik cavab vermək məqsədilə yaradılmış "Əlaqə" bölməsinə 200-dən çox onlayn müraciət daxil olub və bütün müraciətlər müvafiq müddət ərzində cavablandırılıb.