Azərbaycanlı finalçılar “Sinemanın Kral və kraliçası” SEÇİLMƏDİLƏR
İstanbulda keçirilən Türkiyənin məhşur “Sinemanın Kral və kraliçası” layihəsinin 2018-ci ilin finalçıları bəlli olub. Tanınmış sənətkarların və peşəkarların münsifliyi ilə baş tutan Qala gecəsində Türkiyənin Anadolu liseyinin tələbəsi 18 yaşlı Can Altıntaş “Kral”, 20 yaşlı Aslı Can isə “Kraliça” adını qazanıb.
12 Aprel 2018 12:20 Mədəniyyətİstanbulda keçirilən Türkiyənin məhşur "Sinemanın Kral və kraliçası" layihəsinin 2018-ci ilin finalçıları bəlli olub. Tanınmış sənətkarların və peşəkarların münsifliyi ilə baş tutan Qala gecəsində Türkiyənin Anadolu liseyinin tələbəsi 18 yaşlı Can Altıntaş "Kral", 20 yaşlı Aslı Can isə "Kraliça" adını qazanıb.
Olaylar.az bildirir ki, Azərbaycanı müsabiqədə təmsil edən Pərvin Həsənzadə və Pərviz Musayev yer tuta bilməyiblər. Hər iki gənc digər finalçılarla birgə düşərgədə qaldıqları müddətdə Ayça Kurudan imic, zəriflik dərsləri aldıqlarını, rejissor Avni Kütükoğlundan aktyor sənətinin sirrlərini öyrəndiklərini və tamaşalarda fəal iştirak ediblər.
Selin Aksu və Yavuzhan Buğra Yüksel ikinci, Meltem Avşaroğlu, Sacit Süer və Ali Yağız Durmuş üçüncü yerə sahib olublar. Sosial şəbəkədən toplanan ballara əsasən isə Edip Çağatay və Berfin Anastasiya "Sosial Media gözəli" seçiliblər. Kino və serial sektoruna yeni üzlər qazandırmağı hədəf alan müsabiqənin final gecəsi "Wow İstanbul Hotel & Convention Center"də reallaşıb. "Sinemanın Kral və kraliçası" layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Əyyub qızının sözlərinə görə, baxmayaraq ki, Azərbaycanlı finalçılar yer tutmadılar, bu müsabiqə onlar üşün bir təcrübə oldu: "İnşallah biz növbəti yraışlara daha ciddi hazırlaşacağıq. Və güman edirəm ki, biz gənclər növbəti illərdə "Sinemanın Kral və kraliçası" seçiləcəklər. Və sözsüz ki, növbəi illərdə gənclərimiz daha ciddi hazırlacaqlar". Onun sözlərinə görə, ən azı Pərvin Həsənzadə və Pərviz Musayev bu müsabiqədə çox şey öyrəndilər və bu da onların peşəkarlığına bir dəstək oldu.