Bulvarda dəhşətli mənzərə:  dənizdən meyit çıxdı

Bu gün Bakı bulvarının sahilindən meyit tapılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi cəsədinin aşkar edilməsi barədə məlumat daxil olub.

Bu gün Bakı bulvarının sahilindən meyit tapılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi cəsədinin aşkar edilməsi barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31