Yeni metodiki vəsaitlər işıq üzü gördü
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər. Bu dəfə müxtəlif mövzuları əhatə edən yeddi metodiki vəsait çap olunub.
12 Aprel 2018 12:21 SosialMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər. Bu dəfə müxtəlif mövzuları əhatə edən yeddi metodiki vəsait çap olunub.
Çap olunan metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulmuşdur. Bütün metodiki vəsaitlərlə Mərkəzin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, bu günə kimi Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini və qarşısında müəyyən olunmuş strateji hədəflərini əks etdirən 60-dan cox metodiki vəsait hazırlanmışdır. Vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin senarilərini, habelə musiqi-incəsənət məktəblər üçün dərslikləri əhatə edir.