Gündəm
Eldəniz Məmmədov: "İslam Rzayev həyat yoldaşına xoş getsin deyə, Xatirə barədə o sözü demişdi"
Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində "Buta" instrumental ansamblı ilə iki gün solo konsert verdim. Doğrudan da çox yaxşı konsert keçdi. Böyük bəstəkarlarımızın əsərlərini oxudum. İki günə cəmi 40-50 nəfərə dəvətnamə verilmişdi, qalanı real tamaşaçılar, dinləyicilər idi. Hələ nə qədər insan da bilet qurtardığına görə bayırda qaldı. Növbəti konsertimiz Sumqayıtda nəzərdə tutulub, hazırda danışıqlar gedir. Mayın ortasında olmalıdır. Gəncədə, digər bölgələrdə, Naxçıvan Muxtar Respublikasında da konsert vermək planımızdadır. Bundan başqa yeni mahnılar yazdırıram.
Fransadan olan müşahidəçilər Azərbaycanda prezident seçkilərinin təşkilini yüksək qiymətləndirir
"Fransadan olan müşahidə qrupu Azərbaycanda prezident seçkilərinin şəffaflığını və səmərəli təşkilini yüksək qiymətləndirir. Bu da praktiki olaraq digər ölkələrdən olan müşahidəçilərin fikirləri ilə üst-üstə düşür".
Eston deputat: "Azərbaycanda prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunub"
"Azərbaycanda keçirilmiş prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunub". Bunu Estoniya parlamentinin deputatı Deniss Borodits mətbuat konfransında deyib.
Azərbaycan inkişafı seçdi: qalib xalqdır
Rusiyada hərbi təyyarə qəzaya uğradı
Rusiyanın Voronej vilayətində təlim-məşq uçuşu zamanı "Yak-130" hərbi təyyarəsi qəzaya uğrayıb. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
“Prezident seçkisində bütün məqamlar ən yüksək beynəlxalq standartlara uyğun idi”
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri bəlli oldu. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, hazırki prezident, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük səs çoxluğu ilə rəqiblərini üstələdi. Beləliklə İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazandı.
YAP Afaq Aslana diplom verən şəxsi cəzalandırdı - FOTO
Dollar bahalaşacaq? – Ekspert rəyi
“Azərbaycanda son 3 ayda dollara tələbin artması müşahidə edilir. Rəsmi statisikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb”. Bunu ekspert Vüqar Bayramov dolların bahalaşacağı ilə bağlı yayılan məlumatı şərh edərkən deyib. Bildirib ki, dolların satışının artması Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub:“Fondun açıqlamasına görə, 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 %, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Bu ilin 3 ayında isə hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb.
İSİM seçki ilə bağlı hesabatını yayımladı
İqtisadi və Sosial İnkişaf Mərləzi (İSİM) Azərbaycan Respublikasında keçirilən növbədənkənar Prezident Seçkilərinin müşahidə edərək hesabatla çıxış edib. “Olaylar” ın xəbərinə görə, İSİM-dən bildiriblər ki, mərkəz ümumilikdə ölkə üzrə 38 seçki məntəqəsində olunub, günün müxtəlif saatlarında müşahidələr aparıblar.
“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir.
Meşə oğruları saxlanıblar
Aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.
Vanqanın Putinlə bağlı öncəgörməsi
Vanqanın 2018-ci ildə “Çin dünyanın əsas dövləti olacaq” öncəgörməsindən sonra indidə Vladimir Putin ilə bağlı da öncəgörməsi yayılıb.
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
Ana Vətən Partiyasından seçki bəyənatı
Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilən prеzidеnt seçkiləri ölkəmizdə dеmоkratik inkişаfın dönməz xarakter daşıdığını bir daha sübut etdi. “Olaylar” xəbər verir ki, bu haqda Ana Vətən Partiyasının bəyanatında bildirilib.














