Azərbaycan dünya birinciliyində daha bir medal qazandı
Tunisin Hammamet şəhərində taekvondo üzrə gənclər arasında dünya birinciliyi davam edir. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, mundialda mübarizə aparan gənc milli yığma komandamızın daha bir üzvü möhtəşəm uğura imza atıb.
12 Aprel 2018 12:28 İdmanTunisin Hammamet şəhərində taekvondo üzrə gənclər arasında dünya birinciliyi davam edir. "OLAYLAR" GİN-ə istinadən xəbər verir ki, mundialda mübarizə aparan gənc milli yığma komandamızın daha bir üzvü möhtəşəm uğura imza atıb.
Belə ki, 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev Pakistan, Amerika, Koreya, Efiopiyalı idmançıları yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Yarımfinal mərhələsində də İranlı idmançı ilə döyüşdən qalib ayrılan Cavad finalda italiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan həmyerlimiz yarışın qızıl medalına sahib olun. Qeyd edək ki, Cabad italyan idmançı ilə bir neçə gün öncə keçirilən lisenziya turnirində qarşı qarşıya gəlib. Həmən döyüşdə qalib rəqib olub..
Beləliklə, gənc millimiz dünya birinciliyində aktivinə ikinci medalı əlavə etdi. Bir gün öncə isə Xanoğlan Kərimov ( - 51 kq ) finala kimi inamla irəliləsə də həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.