Putin İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Rusiya prezidenti Vladimir Putinİlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Məlumata görə, Rusiya prezidenti azərbaycanlı həmkarına göndərdiyi təbrik teleqramında qeyd edib ki,İlham Əliyevin seçkilərdə inamlı qələbəsi onun siyasi nüfuzunun olduğunu təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət vəzifələrinin həllində xidmətlərinin dəyərləndirildiyini göstərir.

V. Putin İ. Əliyevin Moskva-Bakı dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi səyləri yüksək qiymətləndirərək əmin olduğunu bildirib ki, dövlətlər birgə səylərlə bundan sonra da Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verən bütün sahələrdə ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlığın möhkəmləndirilməsini təmin edəcəklər.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31