Gündəm

Qərb Koreya yarımadasında sülhə maraqlıdırmı?

30 Aprel 2018 12:44

Ötən həftə beynəlxalq münasibətlər sistemində müşahidə edilən ən mühüm hadisələrdən biri iki Koreya liderinin görüşü oldu. Son aylara qədər bir-birinə düşmən mövqeyində dayanan, hər dəqiqə müharibə ehtimalı yaşanan Koreya yarımadasında indi sülh göyərçinləri uçur desək yanılmarıq. Belə ki, bir xeyli müddət davam edən müzakirələrin nəticəsi olaraq nəhayət ki, Şimali və Koreya liderləri bir araya gəldi.

Paşinyan Azərbaycanı təhdid etdi

30 Aprel 2018 12:40

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır.

AŞPA-nın intim xidmət ittihamına Azərbaycandan sərt reaksiyalar

30 Aprel 2018 12:36

Azərbaycanla Avropa Şurası arasında yaşanan gərginlik qalır. Ötən həftəsonu AŞ PA-nın yaz sessiyasında qurumun daxilində korrupsiya hallarının olması və orada Azərbaycana yönəlik ağlasığmaz ittihamların yer alması rəsmi Bakının səbir kasasını daşırıb. Tam əminliklə demək olar ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 17 il ərzində ən aşağılayıcı ittihamlarla üz-üzə qalıb.

Prezidentlərin əkdikləri ağac yoxa çıxdı – RƏSMİ AÇIQLAMA

30 Aprel 2018 12:33

Fransa prezidenti Emmanuel Macronun Amerikaya rəsmi səfəri zamanı hədiyyə etdiyi və prezident Donald Trampla birgə Ağ evin önünə əkdiyi ağac  bir neçə saat sonra götürülüb. Olaylar.az bildirir ki, ağac Fransanın şimalında 2 min Amerika əsgərinin Birinci Dünya müharibəsi zamanı həyatını itirdiyi bölgədəki meşəlik sahədən götürülmüşdü.

İŞİD Əfqanıstandakı partlayışa görə məsuliyyəti üzərinə götürdü

30 Aprel 2018 12:32

İŞİD Əfqanıstandakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Səhər saatlarında Kabildə baş verən iki partlayış nəticəsində ölü sayı 25 nəfərə çatıb. 50-dən çox yaralı var.

“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib

30 Aprel 2018 12:26

Nəsimi rayonunda fəaliyyət göstərən 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə start verilib.

Vəkillər Kollegiyasının sabiq sədri Azər Tağıyevin vəfatı ilə bağlı nekroloq

30 Aprel 2018 12:25

Azərbaycan hüquq ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli vəkil, Azərbaycanın “Əməkdar hüquqşünas”ı, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri Tağıyev Azər Cabir oğlu uzun sürən xəstəlikdən sonra, 2018-ci il aprelin 30-da, ömrünün 71-ci ilində vəfat etmişdir.

ADNA terroruna beynalxalq reaksiyalar

30 Aprel 2018 12:23

30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi, yalnız terrora qurban gedən günahsız 25 azərbaycanlının adı ilə bağlı deyil, bu gün bütün azərbaycanlılar üçün unudulmaması lazım olan dərin kədərli və əhəmiyyətli  bir tarixdir.

İraqda 6 azərbaycanlı qadın ömürlük azadlıqdan məhrum edildi

30 Aprel 2018 11:56

İraqda 6 azərbaycanlı qadın ömürlük azadlıqdan məhrum edilib. Bu barədə "Al Quds Al Arabi" məlumat yayıb. Məlumatda bildirilir ki, aprelin 29-da Bağdad Mərkəzi Cinayət Məhkəməsində İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan 29 xarici vətəndaşın işinə baxılıb. Qadınlar iclasa uşaqları ilə birlikdə gəliblər. Azərbaycanlılarla yanaşı, 19 Rusiya vətəndaşı və 4 Tacikistan vətəndaşı ömürlük azadlıqdan məhrum edilib.

Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edilib

30 Aprel 2018 11:53

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Bu dəfəki tədbir rayon sakinlərinin pulsuz göz müayinəsi olbu. Belə ki, Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin göz müayinəsi təşkil edilib. “Olaylar” xəbər verir ki, tibb ocaqlarında ixtisaslı həkimlər tərəfindən sakinlərin görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.Həmçinin aztəminatlı ailələrdən görmə qabiliyyəti zəyif olan bir qrup məktəbliyə eynəklər hədiyyə edilib.

Seymur Orucov: “AŞPA lobbi ocaqları tərəfindən idarə olunan quruma çevrilib”

30 Aprel 2018 11:51

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) digər lobbi ocaqları, mənbələri tərəfindən artıq idarə olunan bir quruma çevrilib”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.