Paşinyan Azərbaycanı təhdid etdi
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır.
30 Aprel 2018 12:40 SiyasətErmənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır. Məlumata görə, o, bu barədə parlamentdə jurnalistlərə açıqlamasında bəyan edib.
"Azərbaycan qeyri-konstruktiv və təcavüz siyasəti yeridir. Bizim əsas hədəfimiz ordunu gücləndirmək və döyüş hazırlığını artıqmaqdır", - deyə o bildirib Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyi əsas məsələdir: "Hamıya aydındır ki, son hadisələr ordu və xalqın döyüş ruhunu artırdı. Biz Qarabağı dəstəkləyirik və əgər mən baş nazir seçilsəm, ilk olaraq operativ vəziyyətlə tanış olacam". Oxu.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir.