ADNA terroruna beynalxalq reaksiyalar

30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi, yalnız terrora qurban gedən günahsız 25 azərbaycanlının adı ilə bağlı deyil, bu gün bütün azərbaycanlılar üçün unudulmaması lazım olan dərin kədərli və əhəmiyyətli  bir tarixdir.

30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi, yalnız terrora qurban gedən günahsız 25 azərbaycanlının adı ilə bağlı deyil, bu gün bütün azərbaycanlılar üçün unudulmaması lazım olan dərin kədərli və əhəmiyyətli  bir tarixdir.

Beləki həmin gün səhər saatlarında odlu silahla silahlanmış şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib. Gülləyə tuş gələnlərin içərisində təkcə tələbələr deyil, akademiyanın professoru, laborantları, dosenti, müəllimləri və yeməkxanaya süd məhsulları gətirən bir xanım da yer alıb. 

Caninin gülləsindən yararlanan 25 nəfərdən 13-nün həyatını xilas etmək mümkün olsa da, 12-si dünyasını dəyişib.

Terroru törədən Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu qətli törətdikdən sonra akademiyanın binasında gicgah nahiyəsindən özünü vuraraq intihar edib.

Bu hadisədən sonra Rusiyanın keçmiş  prezidenti Dmitri Medvedev və Gürcüstan prezidenti Mixail Saakaşvili prezident İlham Əliyevə akademiyada baş vermiş faciə ilə bağlı başsağlığı veriblər. Türkiyənin keçmiş prezidenti Abdullah Gül və hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus prezidenti Aleksandr Lukaşenko, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus və York hersoqu Şahzadə Endryu Azərbaycan Dövlət Neft Akademiyasında insanların həlak olması ilə nəticələnmiş faciə ilə əlaqədar xalqları və öz adlarından başsağlığı veriblər.

"UNİCEF-Azərbaycan" təşkilatı silahlı şəxsin hücumu nəticəsində kütləvi insan tələfatı xəbərindən hədsiz dərəcədə kədərləndiyini, sarsıldığını bildirib və ölənlərin ailələrinə və Azərbaycan xalqına faciə ilə əlaqədar başsağlığı verib. 

Bundan başqa, "UNİCEF-Azərbaycan" hadisə qurbanlarının ailələrinə və hadisədən sarsıntı keçirən şahidlərinə kömək məqsədi ilə Azərbaycan hökumətinə psixoloji məsləhət yardımı təklif edib və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31