Sabahdan hərəkəti sxemi dəyişən avtobuslar əvvəlki qaydada işləyəcək

Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar 01.05.2018 tarixindən əvvəlki rejimdə fəaliyyət göstərəcəklər. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat \Agentliyindən daxil olub. Bildirilib ki,   fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar 01.05.2018 tarixindən sərnişinlərimizə xidmət göstərəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31