“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib

Nəsimi rayonunda fəaliyyət göstərən 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə start verilib.

Nəsimi rayonunda fəaliyyət göstərən 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Şahin" hərbi-idman oyununun rayon mərhələsinə start verilib. "Olaylar" xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Aprel döyüşləri xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızın yaxın zamanlarda düşmən tapdağından azad olunacağına əminlik yaradır. Təntənəli açılış mərasimi bitdikdən sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başlanıb.Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası I yerə, 42 saylı tam orta məktəbin komandası II yerə, Bakı Atatürk Liseyin komandası II yerə, 151 saylı tam orta məktəbin komandası IV yerə layiq görülmüşdür. Rayon mərhələsinin qalibi olmuş 23 saylı məktəbin komandası Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31