Almaniya yarımstansiyaya hücumdan sonra terrorizmlə bağlı araşdırmaya başlayıb- ÖZƏL

Almaniyanın hüquq-mühafizə orqanları şərqi Almaniyanın Turnow-Preilach icmasında elektrik yarımstansiyasına edilən hücumdan sonra terrorizm şübhəsi də daxil olmaqla, istintaq başlatdı . Olaylar.az xəbər verir ki, bu barədə Brandenburq Dövlət Polisi məlumat verib. Onun sözlərinə görə, dövlət müəssisələrinin fəaliyyətini pozmaq, partlayış törətmək və terrorçu qrup yaratmaq şübhəsi ilə iş açılıb.
Brandenburq daxili işlər naziri Yan Redman əvvəllər regional elektrik şəbəkəsinin təxribatın hədəfi olduğunu bildirmişdi. "Die Welt" qəzeti yarımstansiyada əldəqayırma partlayıcı qurğuların aşkarlandığını bildirib. Müstəntiqlər cinayətkarların məqsədinin E blokunda böyük elektrik kəsintisinə səbəb olmaq olduğunu istisna etmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31