Gündəm

Xalq artisti: “Artıq dramatik obrazlarda oynamaq istəyirəm”

30 Aprel 2018 13:36

Xalq artisti Firəngiz Mütəllimova 2009 –cu ildən yayımlanmağa başlayan “Bacanaqlar” serialında davamlı olaraq yer alır. Olaylar.az – a bu barədə açıqlama verən xalq artisti bildirdi ki, o kollektivə olan sədaqətindən dolayı buradadı. “Bizim orda yerimiz ssenariyə görə deyil. Biz orda çox az görünürük. Bu da mənim zamanımın az olması ilə əlaqədardı. Bildiyiniz kimi  Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirəm. Serial elə bir işdir ki, gərək davamlı olaraq çəkiliş meydançasında olasan. “Bacanaqlar” da  həftədə bir dəfə çəkilişə gedirəm.

Zinəddin Zidan: "Onlar bizə lazımdır"

30 Aprel 2018 13:26

Bir müddət əvvəl Qaret Beylin meneceri Beylin gələcəyinin Kral klubunda olduğunu açıqlasa da Uelsli ulduz və fransalı hücumçu Kərim Benzemanın klubdan ayrılacağı ilə bağlı yeni iddialar yaranıb. 

Tünzalə atasına yas saxlamadığına görə onu qınayanlara cavab verdi

30 Aprel 2018 12:59

Əməkdar artist Tünzalə Ağayeva atasını itərəndən sonra ilk dəfə kamera qarşısına keçib.  “Xəzər Magazin”ə danışan müğənni atasının uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkdiyini deyib:  “Bir gün gələr bir gün gedir. Amma bunu yaşamaq çətindir. Valideynin boşluğu insanın içində qalır, onun yerini heç nə doldurmur. Atamın ağır xəstə olmasını bilirdim. Bu bizim üçün qəfil hadisə olmadı, o, ağır xəstə idi. Atam mənə çox böyük savab qazandırdı. Düzdür, daim yanında ola bilmirdim. Amma bir övlad kimi ona qayğı göstərirdimsə, bu, atamın mənə qazandırdığı savab idi”.

Keyfiyyətsiz süd məhsullarını necə müəyyən etməli?

30 Aprel 2018 12:56

Son vaxtlar ölkənin ticarət mərkəzlərində satılan süd və süd məhsullarının keyfiyyəti barədə müxtəlif fikirlər səslənməkdədir. Məlumata görə, bəzi süd firmaları protein adından istifadə edərək mallarını daha yüksək qiymətə satırlar. Həmin süd firmaları üzərinə iri hərflərlə yazdıqları protein sözü ilə diqqət çəkib, mallarını baha qiymətə satırlar. Belə ki, tərkibində 20 qram zülal olan yarımlitrlik süd, bol proteinli adı ilə istehlakçılara təklif olunur. Əslində isə 500 millilitrlik sütün tərkibində 18 qrama yaxın zülal var. Üzərində protein yazılan yarımlitrlik sütlərin qiyməti 4 manat, adi südlərin isə bir litri 1 manat, 1 manat 40 qəpikdir.

Cəbhədən ən son xəbər

30 Aprel 2018 12:52

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.

Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü Eskişehirdə qeyd olunub

30 Aprel 2018 12:50

Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.  Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini Türkiyənin tarixi şəhərindən biri olan və 2013 cü ildə türk dünyasının mədəniyyət paytaxtı olmuş Eskisehirdə tanıtmaq üçün Azərbaycan Mədəniyyəti Günü təşkil olunub.