Keyfiyyətsiz süd məhsullarını necə müəyyən etməli?

Son vaxtlar ölkənin ticarət mərkəzlərində satılan süd və süd məhsullarının keyfiyyəti barədə müxtəlif fikirlər səslənməkdədir. Məlumata görə, bəzi süd firmaları protein adından istifadə edərək mallarını daha yüksək qiymətə satırlar. Həmin süd firmaları üzərinə iri hərflərlə yazdıqları protein sözü ilə diqqət çəkib, mallarını baha qiymətə satırlar. Belə ki, tərkibində 20 qram zülal olan yarımlitrlik süd, bol proteinli adı ilə istehlakçılara təklif olunur. Əslində isə 500 millilitrlik sütün tərkibində 18 qrama yaxın zülal var. Üzərində protein yazılan yarımlitrlik sütlərin qiyməti 4 manat, adi südlərin isə bir litri 1 manat, 1 manat 40 qəpikdir.

Firmalar istehlakçıları necə aldadırlar?

Son vaxtlar ölkənin ticarət mərkəzlərində satılan süd və süd məhsullarının keyfiyyəti barədə müxtəlif fikirlər səslənməkdədir. Məlumata görə, bəzi süd firmaları protein adından istifadə edərək mallarını daha yüksək qiymətə satırlar. Həmin süd firmaları üzərinə iri hərflərlə yazdıqları protein sözü ilə diqqət çəkib, mallarını baha qiymətə satırlar. Belə ki, tərkibində 20 qram zülal olan yarımlitrlik süd, bol proteinli adı ilə istehlakçılara təklif olunur. Əslində isə 500 millilitrlik sütün tərkibində 18 qrama yaxın zülal var. Üzərində protein yazılan yarımlitrlik sütlərin qiyməti 4 manat, adi südlərin isə bir litri 1 manat, 1 manat 40 qəpikdir. Belə halda insanlar süd və südə məhsulu alarkən nələrə diqqət yrtitməlidir? Əvvala xatırladaq ki, yay fəslinin gəlişi ilə əlaqədar süd və süd məhsullarına tələbat artıb. Təəssüf ki, bu nov məhsulun insan orqanizmi üçün xeyirli olmasına baxmayaraq, keyfiyyətsiz halda istifadə edilən zaman mənfi təsirindən qaçmaq mümkün olmur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, süd və süd məhsullarının insan orqanizmi üçün çox faydalı olması hər kəsə bəllidir. Belə ki, süd məhsulları maddələr mübadiləsinin tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitaminləri, mikroelementlər, kalsium və fosfor olan süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir, sinir sisteminin, sağlamlığında böyük rol oynayır. Məhz bu səbəbdən süd məhsulları istehlakımızda xüsusi çəkiyə malikdir. Ona görə də bu məhsulları alarkən diqqətli olmaq vacibdir. Çünki saxlanılma şəraitinin və müddətinin pozulması süd məhsullarında bakteriyaların inkişafını sürətləndirir və bu da sağlamlıq üçün təhlükəlidir.
Süddən hazırlanmış və daha çox istifadə olunan məhsullar sırasında xama xüsusi çəkisiyə malikdir. Keyfiyyətli xamanın rəngi ağ və ya açıq sarı çalarlı olmalıdır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır. O insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır. Tərkibində qiymətli zülalların, müxtəlif vitaminlərin, hormonların və s. olması xamanı xüsusilə də uşaqların qidalanmasında zəruri edir. Xama olan şüşə qablarda və daxilinə perqament sərilmiş karton karobkalarda, polistirol stəkanlarda qablaşdırılır və satışa buraxılır. Açıq satış üçün xama çəlləklərə də qablaşdırıla bilər. Xama hər yerində həmcins, yağ və zülal topalarsız, rəngi ağ və ya açıq sarı çalarlı olmalıdır. Dadında acı, turş, pendir, piy, maya və s. tamlarının olmasına yol verilmir. Xamanın yağlılığı 10%-dən 40%-ə qədər olur. Standartın tələbinə görə xamanın xarici görünüşü və konsistensiyası həmcins, lazımi qatılıqda olmalıdır. Bəzi hallarda cüzi miqdarda xırda dənələr ola bilər. Xamanın xarici görünüşü qiymətləndirildikdə taranın vəziyyəti, markalanması və s. yoxlanılır. Xama tökülmüş qabların qapağı kip bağlanmalıdır. Ağzı açıldıqdan sonra onun üzü hamar və kifsiz olmalıdır. Xamanın tərkibində şorun, nişastanın, unun olması məhsulun saxtalaşdırılması sayılır. Xamaya süd, qatıq, kefir və s. qatmaqla da onun saxtalaşdırılması mümkündür. Bu saxtalaşdırmaları müəyyən etmək üçün daha əlverişli üsul xamanın yağlılıq faizinin təyin edilməsidir. Xamanın keyfiyyətinin yoxlanılmasının digər bir üsulu onun bir parçasının bir stəkan isti suya tökülməsidir. Əgər o keyfiyyətlidirsə dərhal suda həll olacaqdır, əks halda kütlə formasında suyun dibinə yatacaqdır. Bu məhsulun ticarət şəbəkələrinə çatdırılması tez xarab olan yüklərin daşınması qaydalarına uyğun olaraq xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Xamanın saxlama şəraiti və istifadə müddəti istehsalçı tərəfindən müəyyən edilir. Orta hesabla mağazada xamanı 4-80C-də 72 saat, soyuducu olmayan mağazalarda isə 24 saat saxlamaq olar. Əla növ xama isə 14 gündən artıq olmayaraq saxlanıla bilər.
 Qatıq turşudulmuş süd məhsuludur. Baкterial mayadan və teхnoloji proseslərdən asılı olaraq qatığın müxtəlif çeşidləri istehsal edilir. Adi qatığın yağlılığı 3,2%, turşuluğu 110-1200T-dir. Qatıq məhsulları hər yerində həmcins, qaz qabarcıqlarsız və zərdabsız olmalıdır. Növündən asılı olaraq qatıq qatı və ya duru, dadı isə turşməzə-şirintəhər olmalıdır. Onun keyfiyyətsiz olması əlamətlərindən turş, kifli, xarici görünüşündən qeyri həmcins olmasını göstərmək olar. Kəsmik xarici görünüşünə görə həmcins, rəngi ağdan açıq sarıyadək olmalıdır. Növündən asılı olaraq kəsmik yumuşaq, yağlı, iridənəli ola bilər. İyi və dadı təzə kəsmiyə xas olmalıdır. Kəsmikdə turş, acı, maya, kif, qaxsamış kimi kənar tamların olmasına yol verilmir. Pendirin xarici görünüşü düzgün formalı, zədəsiz, çatlarsız, təmiz, rəngi ağ və ya sarımtıl, səthi sığallı, ləkəsiz və kifsiz olmalıdır.
Qablaşdırılan süd məhsulları markalanmalı və üzərində aşağıdakı məlumatlar olmalıdır: istehsalçının adı və ünvanı, məhsulun adı; yağın kütlə payı; əmtəə nişanı; məhsulun xalis çəkisi; istifadə tarixi; tərkibi; istifadə edilməsi haqda məlumatlar; saxlanılma müddəti və şəraiti; standartın nömrəsi və sair. Süd məhsulları qablaşdırılmış paketlər zədəsiz olmalıdır. Bu məhsulların yararlılıq müddəti istehsalçı tərəfindən müəyyən olunur və məhsulun etiketində göstərilir. Dövlət standartlarına edilən dəyişikliklər nəticəsində ötən ildən süd məhsullarından olan "Kəsmik", "Ayran", "Qatıq", "Dovğa"nın istifadə müddəti uzadılıb. Belə ki, yeni standarta görə bu məhsulları +2+6 dərəcə temperaturda aşağıdakı müddətlərdə saxlamaq olar: kəsmik 14 sutka, mənfi 18 dərəcədən yuxarı olmayan temperaturda isə 4 ayadək; ayran 20 sutka; dovğa 14 sutka; qatıq 14 sutka. Yararlıq müddətinin uzadılması istehsal texnologiyasının inkişafı, Avropanın qabaqcıl istehsal avadanlıqlarının Azərbaycana gətirilib quraşdırılması ilə bağlıdır. Bundan başqa, qablaşdırılmasında yüksək standartlara uyğun qablaşdırma materiallarından istifadə olunması nəticəsində bu məhsulların daha uzun müddət ərzində keyfiyyətli saxlanması təmin edilir. Saxlanma müddəti bitmiş süd məhsullarının istifadəsi sağlamlığınız üçün təhlükəlidir. Ona görə bu məhsulları alarkən diqqətli olmaq tələb olunur.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31