"Əfqanıstan rica edənə qədər burdayıq"

NATO kontingenti Əfqanıstanda sülh bərpa olunana qədər bu ölkədə qalacaq.

Axar.az xəbər verir ki, bunu Özbəkistanın "Janxon" agentliyinə müsahibəsində NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Con Manza deyib.

"Bizdən Əfqanıstan hökuməti rica edənə və bu ölkədə sülh bərpa olunana qədər Əfqanıstanda qalacağıq. Bununla bağlı bütün tərəflərin mövqeyi eynidir", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31