Dərbənddə ərzaq bazarı yanır - Video

Rusiyanın Dərbənd şəhərində mərkəzi meydanından 200 metr məsafədə yerləşən ərzaq bazarında yanğın baş verib.

"Report" RİA "Dağıstan"a istinadən xəbər verir ki, insanlar bazar ərazisindən təxliyyə ediliblər.

Hadisə yerində yanğınsöndürənlər çalışırlar. Hazırda onlar yanğın ocağını söndürməyə və alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını almağa çalışırlar.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31