Xalq artisti: “Artıq dramatik obrazlarda oynamaq istəyirəm”

Xalq artisti Firəngiz Mütəllimova 2009 –cu ildən yayımlanmağa başlayan “Bacanaqlar” serialında davamlı olaraq yer alır. Olaylar.az – a bu barədə açıqlama verən xalq artisti bildirdi ki, o kollektivə olan sədaqətindən dolayı buradadı. “Bizim orda yerimiz ssenariyə görə deyil. Biz orda çox az görünürük. Bu da mənim zamanımın az olması ilə əlaqədardı. Bildiyiniz kimi  Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirəm. Serial elə bir işdir ki, gərək davamlı olaraq çəkiliş meydançasında olasan. “Bacanaqlar” da  həftədə bir dəfə çəkilişə gedirəm.

Xalq artisti Firəngiz Mütəllimova 2009 -cu ildən yayımlanmağa başlayan "Bacanaqlar" serialında davamlı olaraq yer alır. Olaylar.az - a bu barədə açıqlama verən xalq artisti bildirdi ki, o kollektivə olan sədaqətindən dolayı buradadı. "Bizim orda yerimiz ssenariyə görə deyil. Biz orda çox az görünürük. Bu da mənim zamanımın az olması ilə əlaqədardı. Bildiyiniz kimi  Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirəm. Serial elə bir işdir ki, gərək davamlı olaraq çəkiliş meydançasında olasan. "Bacanaqlar" da  həftədə bir dəfə çəkilişə gedirəm.

Mənə çoxlu film, serial təklifləri gəlir. Bu haqda özüm də düşünürəm. Əgər, mənim xoşuma gələn, ürəyimcə olan arzuladığım dramatik obraz olarsa, tamaşaçılar məni yeni seriallarda, filmlərdə görə biləcəklər".

Teatrdakı fəaliyyətindən də danışan aktirsa bildirdi ki, Milli Dram Teatrında işləsə də burada fərqli obrazları canlandırır. "Artıq dramatik obrazlarda oynamaq istəyirəm. Teatrda hal -hazırda iki fərqli tamaşada yer almışam. Bunlardan biri "Qarabağnamə" dramatik tamaşadı, biri də "Almaz". Dram tamaşası olsa da, mən sırf komik obrazı canlandırıram. Təbii ki, aktrisa üçün dram, komediya fərq etməməlidi. Amma bəzən ruhən acırsan və istəyirsən".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31