Aİ Ermənistanla ticarəti müvəqqəti librallaşdırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Aİ Şurası Ermənistanla ticarətin müvəqqəti liberallaşdırılmasını təsdiqləyib. Qərara əsasən, Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80%-i, o cümlədən bir sıra kənd təsərrüfatı məhsulları iki il müddətinə gömrük rüsumlarından azad ediləcək. Sənədin yekun qəbulu üçün sentyabr sessiyasında Avropa Parlamentinin təsdiqi gözlənilir.

Qərar Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən iyulun əvvəlində İrəvana səfəri zamanı anons edilmişdi. Bununla belə, ekspertlərin fikrincə, erməni məhsullarının Aİ bazarına çıxışı üçün əsas maneə gömrük rüsumları deyil, texniki tələblər və logistikadır. Soyuducu infrastrukturun çatışmazlığı və Aİ-nin məhsulların izlənilməsi ilə bağlı sərt standartları ixracın genişlənməsini çətinləşdirən əsas amillər sırasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31