Zinəddin Zidan: "Onlar bizə lazımdır"
Bir müddət əvvəl Qaret Beylin meneceri Beylin gələcəyinin Kral klubunda olduğunu açıqlasa da Uelsli ulduz və fransalı hücumçu Kərim Benzemanın klubdan ayrılacağı ilə bağlı yeni iddialar yaranıb.
30 Aprel 2018 13:26 İdmanBir müddət əvvəl Qaret Beylin meneceri Beylin gələcəyinin Kral klubunda olduğunu açıqlasa da Uelsli ulduz və fransalı hücumçu Kərim Benzemanın klubdan ayrılacağı ilə bağlı yeni iddialar yaranıb.
Bununla bağlı danışan Real Madridin baş məşqçisi Zinəddin Zidan növbəti mövsümdə də bu iki futbolçunun klubda qalmaları üçün əlindən gələni edəcəyini söyləyib.
Zinəddin Zidan: "Onlar bizə lazımdır. Real Madriddə növbəti mövsümdə də qalmaları üçün məndən asılı olan nə varsa, edəcəyəm. Mən başa düşürəm ki, bütün futbolçular hər zaman oynamaq istəyir. Amma bu, mümkün deyil. Mövsümün başa çatmasına bir ay qalıb və bu müddətdə, biz bir olub vacib görüşlərdə istədiyimiz uğura nail olmalıyıq".