AQTA maarifləndirici sosial çarx yayımlayıb

Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi Qida Təhlükəsizliyi Agentliyinin prioritet fəaliyyət istiqamətlərindən hesab olunur. "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu məqsədlə daha bir maarifləndirici sosial çarx hazırlayıb.

"Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?" mövzusunda sosial çarx yayımlayan Agentlik bununla istehlakçıları şəkərdən düzgün istifadəyə səsləyir.

Yüksək miqdarda şəkər qəbulunun insan sağlamlığında törədə biləcəyi xəstəliklərə diqqət çəkən AQTA istehlakçıları qida rasionunda şəkər istifadəsini azaldaraq sağlam qidalanmaya dəvət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31