Gündəm

Bu gün son gündür! Sabahdan cərimə oluna bilərsiniz

30 Aprel 2018 11:42

"VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti başa çatır. May ayının 1-dən etibarən texniki baxışdan keçməyən həmin markalı nəqliyyat vasitələri cərimələnəcək.

Çinlilərdən Cüneyt Çakıra astronomik transfer TƏKLİFİ

30 Aprel 2018 11:36

Son illərdə futbola ən çox pul xərcləyən ölkələrdən olan Çin məşqçi və futbolçulardan sonra hakimləri də transfer etməyə başlayıb. Ölkələrindəki futbolun keyfiyyətini artırmaq üçün bu qərarı qəbul edən çinlilər 2018 Dünya Çempionatında iştirak edəcək hakimlərin arasında seçim ediblər.

Eks-prezidentin tərəfdarı vəhşicəsinə döyüldü

30 Aprel 2018 11:34

Ukraynanın Kremençuq şəhərində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin tərəfdarı döyülüb. Məlumata görə, vəhşicəsinə döyülən Oleq Filipas bu zorakılığa yaşadığı mənzildə məruz qalıb. 

Musa Quliyev: “AŞPA-ya münasibətimizi dəyişmək haqqında düşünməliyik”

30 Aprel 2018 11:31

“Ümumiyyətlə bir insan o qədər həyasız, abırsız olsun ki, vicdanını, ədalətini itirsin ki, gördüyünü deyil öz ölkəsinə getdikdən sonra kiminsə diqtəsi ilə yazılanları söyləsin. Mən bunu heç cür dərk edə bilmirəm”. Bunu millət vəkili Musa Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərəzli “hesabatı”na münasibət bildirərkən deyib.

Gürcüstanda ictimai yerlərdə tütündən istifadə qadağan olunur

30 Aprel 2018 11:28

Gürcüstanda mayın 1-də ictimai yerlərdə tütündən istifadəyə qadağa qüvvəyə minəcək. Xüsusi təyinatlı istənilən bina, bar və restoranlar, ictimai nəqliyyat, təhsil müəssisələri və yeniyetmələrin olduğu yerlər, tibbi və əczaçılıq müəssisələrinə yaxın ərazilər, yanacaqdoldurma məntəqələri və stadionlarda siqaret çəkmək qadağan olunacaq.

Yeni metal pullar buraxıldı - Kağız pulları əvəz edəcək

30 Aprel 2018 11:24

Ukraynada dövriyyəyə yeni metal pullar buraxılıb. Məlumata görə, 1 və 2 qrivna artıq aprelin 27-dən istifadəyə verilib. Bundan sonra tədriclə bu nominalda olan kağız pullar dövriyyədən çıxarılacaq.

Azərbaycanlı zəvvarlar üçün kvota artırılıb və sənəd qəbulunun vaxtı uzadılıb

30 Aprel 2018 11:20

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan kvotada artım olub, səbəd qəbulunun vaxtı isə 10 gün uzadılıb.

Kvirikaşvili: “NATO-ya üzvlük Gürcüstanın əsas prioritetidir”

30 Aprel 2018 11:18

“NATO-ya üzvlük Gürcüstanın xarici siyasəti və təhlükəsizliyi üçün əsas prioritetdir”. Məlumata görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən “NATO-Gürcüstan” xalq diplomatiyası forumunda çıxışı zamanı deyib.