Yeni metal pullar buraxıldı - Kağız pulları əvəz edəcək
Ukraynada dövriyyəyə yeni metal pullar buraxılıb. Məlumata görə, 1 və 2 qrivna artıq aprelin 27-dən istifadəyə verilib. Bundan sonra tədriclə bu nominalda olan kağız pullar dövriyyədən çıxarılacaq.
30 Aprel 2018 11:24 DünyaUkraynada dövriyyəyə yeni metal pullar buraxılıb. Məlumata görə, 1 və 2 qrivna artıq aprelin 27-dən istifadəyə verilib. Bundan sonra tədriclə bu nominalda olan kağız pullar dövriyyədən çıxarılacaq.
Bildirilir ki, gələcəkdə 5 və 10 qrivnaların buraxılması da nəzərdə tutulur.
Məqsəd metal pulların daha uzunömürlü olmasıdır. Belə ki, Ukrayna Mərkəzi Bankı son 10 ildə milyonlarla kağız pulun sıradan çıxdığını bəyan edib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31