Musa Quliyev: “AŞPA-ya münasibətimizi dəyişmək haqqında düşünməliyik”
“Ümumiyyətlə bir insan o qədər həyasız, abırsız olsun ki, vicdanını, ədalətini itirsin ki, gördüyünü deyil öz ölkəsinə getdikdən sonra kiminsə diqtəsi ilə yazılanları söyləsin. Mən bunu heç cür dərk edə bilmirəm”. Bunu millət vəkili Musa Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərəzli “hesabatı”na münasibət bildirərkən deyib.
30 Aprel 2018 11:31 Siyasət"Ümumiyyətlə bir insan o qədər həyasız, abırsız olsun ki, vicdanını, ədalətini itirsin ki, gördüyünü deyil öz ölkəsinə getdikdən sonra kiminsə diqtəsi ilə yazılanları söyləsin. Mən bunu heç cür dərk edə bilmirəm". Bunu millət vəkili Musa Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərəzli "hesabatı"na münasibət bildirərkən deyib.
"Biz də uzun illərdi ki, siyasətlə məşğuluq. Amma haradasa nəyisə yaxşı görürüksə gəlib onu pisləyə bilmərik. Lakin onlar ağ gördüyünü qara deyirsə, bu artıq Azərbaycanın Avropa Şurasına olan münasibətini dəyişdirməyi bizə məcbur edirlər. Hesab edirəm ki, bu son dərəcə biabırçı, qərəzli, heç bir həqiqətə uyğun olmayan və tənqidə dözməyən bir qərardır ki, Avropa Şurası Azərbaycan haqqında belə qərar qəbul edib. Biz bir dövlət, cəmiyyət, hökumət olaraq buna qarşı öz addımlarımızı atmalıyıq. Biz artıq Avropa Şurasına münasibətimizi dəyişmək haqqında düşünməliyik"-deyə, deputat fikrini tamamlayıb. Sia.az