Kvirikaşvili: “NATO-ya üzvlük Gürcüstanın əsas prioritetidir”
“NATO-ya üzvlük Gürcüstanın xarici siyasəti və təhlükəsizliyi üçün əsas prioritetdir”. Məlumata görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən “NATO-Gürcüstan” xalq diplomatiyası forumunda çıxışı zamanı deyib.
30 Aprel 2018 11:18 Dünya"NATO-ya üzvlük Gürcüstanın xarici siyasəti və təhlükəsizliyi üçün əsas prioritetdir".
Məlumata görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən "NATO-Gürcüstan" xalq diplomatiyası forumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, təşkilata üzvlük hədəfi Gürcüstan vətəndaşlarının möhkəm iradəsini əks etdirir: "Bu, o qədər vacibdir ki, hətta Gürcüstan Konstitusiyasının yeni redaksiyasına əlavə olunub. NATOilə ötən il münasibətlər çox dinamik və dolğun keçib. Biz alyansın dəyərli və etibarlı tərəfdaşı olduğumuzu sübut etmişik". G. Kvirikaşvili qeyd edib ki, Gürcüstan NATO ilə əməkdaşlıq formatlarından fəal istifadə edir. Apa.az