Gündəm

Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilib

30 Aprel 2018 11:10

Paytaxt Bakıda II Milli Mühasiblər Forumu keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasından “Olaylar”a verilən məlumata görə, Forumun məqsədlərinə mühasibat uçotu, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla aidiyyəti qanunvericilikdə baş vermiş yeniliklər və onların mahiyyəti barədə iştirakçıların məlumatlandırılması, qarşılıqlı fikir mübadiləsi əsasında mövcud problemlər və onların həll yollarının qarşılıqlı müzakirəsi, müasir beynəlxalq təcrübələrin tətbiqi imkanlarının birgə araşdırılması kimi məsələlər daxildir.

İstehlakçıların nəzərinə

30 Aprel 2018 11:09

Qanunvericiliyə əsasən lazımı keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə istehlakçı qeyri-ərzaq malını alınma günü sayılmamaq şərti ilə 14 (on dörd) gün ərzində lazımi keyfiyyətli mala dəyişdirə bilər

Türkan Şoray 197 nəfərin içindən məhz o aktrisanı seçdi - FOTO

30 Aprel 2018 11:08

Müjdat Gezenin ssenarisi və rejissorluğu ilə çəkiləcək filmdə Türkan Şorayın cavanlığını canlandıracaq aktisa axtarırdı. İstədiyi aktisani tapa bilmədikdə isə qəzetlərə elan verdi. 197 nəfərin müraciət etdiyini bildirən Müjdat Gezen onların heç birinin Türkan Şoraya bənzəmədiyini qeyd edib.

Kremlin Paşinyana barmaq silkələməsi öz işini gördü 

30 Aprel 2018 11:06

“Ermənistan-Rusiya münasibətləri daha da inkişaf edəcək və dərinləşəcək”. Bu sözləri Ermənistanda günlərdir davam edən etiraz aksiyalarının lideri Nikol Paşinyan deyib. Məsələ ondadır ki, Paşinyan belə qərarı Rusiya Dumasının nümayəndələri ilə görüşündən sonra verib və bu qərar ona dəstək göstərən bir sıra anti-Rusiya meyilli siyasi-ictimai dairələrinin etirazlarına səbəb olub. Düzdür, erməni müxalifətinin lideri sonradan öz sözlərini korrektə edərək, Ermənistanın başqa ölkələrlə - ABŞ, AB ölkələri və Çinlə münasibətlərini inkişaf etdiriləcəyini deməsi də, onun Rusiya ilə bağlı verdiyi qərar da bu narazılığı aradan qaldırmayıb.

Afaq: "Heç bir kişinin sevgilisi olmaram"

30 Aprel 2018 11:03

ATV-nin aparıcısı Afaq Gəncəli çəkildiyi filmin imza gününə qatılıb. Son vaxtlar özünü həm də aktrisa kimi sınayan aparıcı şəxsi həyatından danışıb.  Açıqlama verən Afaq hələ qəlbini fəth edən insanın olmadığını bildirib: "Hələ ki, qəlbimi fəth edən biri yoxdur. Olsa, nə xoş mənə. Onu da deyim ki, heç bir kişinin sevgilisi olmaram, yalnız sevdiyi qadın ola bilərəm".

Moskvada qeyri-iş günlərində spirtli içki satılmayacaq - Qadağa

30 Aprel 2018 10:58

Rusiya paytaxtında may bayramları günlərində bütün növ spirtli içkilərin satışına qadağa qoyulub. Mağazalarda, yeraltı keçidlərdə, park və meydanlarda alkoqollu içkilərin satışı dayandırılacaq.

Ukraynada üç azərbaycanlı silahlı hücumda şübhəli bilinərək saxlanılıb

30 Aprel 2018 10:56

Ukraynanın Odessa vilayətində üç azərbaycanlı yerli sakinlərdən ibarət qrupa silahlı hücum etməkdə şübhəli bilinərək saxlanılıb.

Britaniyanın DİN rəhbəri vəzifəsindən istefa veridi

30 Aprel 2018 10:53

Britaniyanın daxili işlər naziri Ember Radd vəzifəsindən istefa verib. Məlumatı yayn "Sky News" bunu Daxili İşlər Nazirliyinin ölkədəki miqrantların deportasiya edilməsi qalmaqalı ilə əlaqələndirib.

62 yaşlı kişidən evlilik təklifini rədd edən sevgilisinə qarşı ŞOK ƏMƏL

30 Aprel 2018 10:50

Gecə yarısı evə nərdivanla dırmaşan yaşlı kişi dəhşət saçıb. Türkiyənin İzmir şəhərində yaşayan 62 yaşlı K.Mustafa 55 yaşlı Vicdan Özetçini və daha əvvəl həyat yoldaşından boşanaraq anası ilə yaşayan qız Hülyanı ov tüfəngi ilə vurub.

Daha bir parlament fraksiyası Paşinyanı baş nazir görmək istəyir

30 Aprel 2018 10:49

Ermənistan Milli Yığıncağının (parlament) "Çıxış" fraksiyası Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Məlumata görə, bunu fraksiyanın deputatı Edmon Marukyan "Facebook" səhifəsində yazıb.