Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilib

Paytaxt Bakıda II Milli Mühasiblər Forumu keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasından “Olaylar”a verilən məlumata görə, Forumun məqsədlərinə mühasibat uçotu, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla aidiyyəti qanunvericilikdə baş vermiş yeniliklər və onların mahiyyəti barədə iştirakçıların məlumatlandırılması, qarşılıqlı fikir mübadiləsi əsasında mövcud problemlər və onların həll yollarının qarşılıqlı müzakirəsi, müasir beynəlxalq təcrübələrin tətbiqi imkanlarının birgə araşdırılması kimi məsələlər daxildir.

Paytaxt Bakıda II Milli Mühasiblər Forumu keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasından "Olaylar"a verilən məlumata görə, Forumun məqsədlərinə mühasibat uçotu, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla aidiyyəti qanunvericilikdə baş vermiş yeniliklər və onların mahiyyəti barədə iştirakçıların məlumatlandırılması, qarşılıqlı fikir mübadiləsi əsasında mövcud problemlər və onların həll yollarının qarşılıqlı müzakirəsi, müasir beynəlxalq təcrübələrin tətbiqi imkanlarının birgə araşdırılması kimi məsələlər daxildir. II Milli Mühasiblər Forumunun açılışında çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev Azərbaycanda aparılan iqtisadi siyasətin əsas istiqamətləri barədə danışıb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində" nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanıb. Bu baxımdan ölkəmizdə maliyyə nəzarətinin, maliyyə və vergi intizamının möhkəmləndirilməsi, maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlığın və şəffaflığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir. Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov bildirib ki, milli mühasibatlığın və vergi sisteminin qarşısında duran mövcud çağırışların, respublikada maliyyə, uçot, audit işinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılacaq effektiv addımların belə bir Forumda müzakirəsi olduqca faydalıdır. S.Məmmədxanov vergi sistemində aparılacaq islahatlarla bağlı Forum iştirakçılarına məlumat verib. Bildirilib ki, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, vergilərini tam həcmdə və vaxtında ödəyən vergi ödəyicilərinin dəstəklənməsi, vergidən yayınma ilə mübarizənin genişləndirilməsi, vergi sistemində yeni informasiya texnologiyaları tətbiqinin davamlı olması qarşıda duran əsas məsələlərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31