İstehlakçıların nəzərinə
Qanunvericiliyə əsasən lazımı keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə istehlakçı qeyri-ərzaq malını alınma günü sayılmamaq şərti ilə 14 (on dörd) gün ərzində lazımi keyfiyyətli mala dəyişdirə bilər
30 Aprel 2018 11:09 İqtisadiyyatQanunvericiliyə əsasən lazımı keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə istehlakçı qeyri-ərzaq malını alınma günü sayılmamaq şərti ilə 14 (on dörd) gün ərzində lazımi keyfiyyətli mala dəyişdirə bilər. "Olaylar" xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara müraciət edərək bildirib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində istehlakçının tələblərini ödəməyən lazımi keyfiyyətli qeyri-ərzaq malının uyğun mala dəyişdirmək hüququ təsbit edilmişdir. Belə ki, malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda müvafiq ərizənin verildiyi andan etibarən iki ay müddətində ödənilməlidir. Eyni zamanda malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərər satıcı və ya istehsalçı tərəfindən tam həcmdə ödənilməlidir: "Nəzərə alın ki, istehlakçı tərəfindən əldə edilmiş lazımı keyfiyyətli mal istifadə olunmadığı və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanıldığı halda dəyişdirilə bilər".