Daha bir parlament fraksiyası Paşinyanı baş nazir görmək istəyir

Ermənistan Milli Yığıncağının (parlament) "Çıxış" fraksiyası Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Məlumata görə, bunu fraksiyanın deputatı Edmon Marukyan "Facebook" səhifəsində yazıb.

Ölkənin yeni baş nazirinin seçilməsi məsələsi parlamentin mayın 1-də keçiriləcək xüsusi iclasında müzakirə olunacaq. Respublika Partiyasının fraksiyası bəyan edib ki, əgər parlamentdə təmsil olunan digər 3 siyasi qüvvə vahid namizədlə çıxış edərsə, hakim partiya baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək. Artıq digər 3 fraksiya N.Paşinyanın namizədliyini dəstəkləyib.

Qeyd edək ki, aprelin 13-dən Ermənistanda N.Paşinyanın rəhbərliyi ilə etiraz aksiyası davam edir. Trend.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31