Türkan Şoray 197 nəfərin içindən məhz o aktrisanı seçdi - FOTO
Müjdat Gezenin ssenarisi və rejissorluğu ilə çəkiləcək filmdə Türkan Şorayın cavanlığını canlandıracaq aktisa axtarırdı. İstədiyi aktisani tapa bilmədikdə isə qəzetlərə elan verdi. 197 nəfərin müraciət etdiyini bildirən Müjdat Gezen onların heç birinin Türkan Şoraya bənzəmədiyini qeyd edib.
30 Aprel 2018 11:08 DünyaMüjdat Gezenin ssenarisi və rejissorluğu ilə çəkiləcək filmdə Türkan Şorayın gencliyini canlandıracaq aktisa axtarılırdı. İstədiyi aktisani tapa bilmədikdə isə rejissor qəzetlərə elan verdi. 197 nəfərin müraciət etdiyini bildirən Müjdat Gezen onların heç birinin Türkan Şoraya bənzəmədiyini qeyd edib.
Olaylar.az bildirir ki, rejissoru çətin vəziyyətindən Türkan Şoray xilas edib. O, Melike İpek Yalovanın onun cavanlığını oynamasını istəyib. Aktrisa ilə görüşən rejissor artıq razlıq əldə edib.
Filmin çəkilişlərinə sentyabr ayında başlanılacaq.
