Gündəm

DYPİ dayanma-durma qaydalarını pozanlara xəbərdarlıq etdi

30 Aprel 2018 10:47

"Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir. Hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır". Bunu Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

“Erməni soyqırımı” yalnız iki paytaxtda-Tehran və Tbilisidə qeyd edildi

30 Aprel 2018 10:40

“Erməni soyqırımı”nın 103-cü ildönümü Ermənistanda  formalaşmış ənənə əsasında qeyd edilmədi. Səbəb ölkədəki mitinqlərdir. “Erməni soyqırımı” mövzusunun ermənilər üçün heç də ən vacib məsələ olmadığı da bəlləndi. ABŞ, Fransa və Rusiyanın paytaxtlarında da “erməni soyqırımı” qeyd edilmədi. Moskva erməniləri aprelin 24-ü ərəfəsində Yerevanda müxalifətin  mitinqlərinə dəstək aksiyası barədə cəhdlər göstərdilər. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Suriyanın hərbi bazası bombalandı: 38 nəfər ölüb - VİDEO

30 Aprel 2018 10:05

Suriyanın hərbi obyektlərinə raket zərbələri endirilib. Suriya ordusunun Hələb və Hama yaxınlığındakı mövqeləri zərbələrə məruz qalıb. Suriyada Bəşər Əsədə sadiq hərbçilərin və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi 47-ci hərbi bazanın raket atəşinə tutulması nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

Səyyar ASAN xidmət bölgələrdə

30 Aprel 2018 09:53

Səyyar ASAN xidmət 3 may Zərdab rayonunda,10 may Xaçmaz şəhərində, 4 may Xızı şəhərində,19 may Şirvan şəhərində, 7 may Binə qəsəbəsində, 15 may Ağdaş, Qovlar şəhərlərində, 1 – 25 may Şabran rayonunda, 1 – 30 may Biləsuvar, Zaqatala şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Təyyarə qəzaya uğradı - Ölənlər var

30 Aprel 2018 09:50

 Avstriyanın Tirol federal əyalətinin mərkəzi İnnsbruk şəhərinin beynəlxalq hava limanının ərazisində təyyarə qəzası baş verib. İsveçrədə uçuş lisenziyası almış kiçik təyyarədə (motoplan) olan hər iki şəxs qəza nəticəsində həlak olublar. Tirol əyalət polisindən mətbuata verilən məlumata görə, qəzanın səbəbləri və təyyarədəki hər iki şəxsin kimliyi naməlum olaraq qalır. İnnsbruk aeroportuna yanacaq doldurmaq üçün enən təyyarə təkrar havaya qalxdıqdan az sonra hava limanı ərazisində yerə çırpılıb.

Şimali Koreya Cənubla razılaşdı -  Saatları çəkir

30 Aprel 2018 09:25

Koreya Xalq Demokratik Respublikası may ayının 5-də saatları 30 dəqiqə irəli çəkəcək. Buna səbəb Cənubi Koreya ilə eyni vaxtı təyin etməkdir.

Vaşinqtonda bir ilk - Azərbaycan bayrağı UCALDI

30 Aprel 2018 09:16

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə ABŞ paytaxtının ən məşhur tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib. Səfirlikdən Olaylar.az - a bildirilib ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirləri çərçivəsində ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən My Way mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial, Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdirmişdilər. Amerikanın banilərinin şərəfinə qoyulan abidələr bu dəfə Azərbaycan Demokratik Respublikasına həsr olunmuş musiqi milli bayramın tərkibi hissəsi olmuşdurlar.

Britaniyanın DİN rəhbəri vəzifəsindən istefa veridi

30 Aprel 2018 09:09

Britaniyanın daxili işlər naziri Ember Radd vəzifəsindən istefa verib. Məlumatı yayn "Sky News" bunu Daxili İşlər Nazirliyinin ölkədəki miqrantların deportasiya edilməsi qalmaqalı ilə əlaqələndirib.

Sumqayıtda boru partladı - Yaşayış binasını su basdı

30 Aprel 2018 09:04

Sumqayıtda su borusunun partlaması nəticəsində yaşayış binasını su basıb. Hadisə 13-cü mikrorayon ərazisində, 5 saylı binada baş verib. Belə ki, "Azərsu" ASC-nin Sumqayıt Su Kanal İdarəsinə məxsus su borusu sıradan çıxıb. Nəticədə binanın bir neçə mənzilinə su dolub. Bu səbəbdən də sakinlər həyətə çıxmağa məcbur olublar.

ADNA-da törədilən terror aktından 9 il ötür

30 Aprel 2018 09:03

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.Dəhşətli hadisədən 9 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.