Gündəm
"ABŞ və İsrail İranın qarşısını alacaq"
Avstriyada təyyarə qəzaya uğrayıb
Qəzza zolağı sərhədində 3 fələstinli güllələnib
Yasamalda yaşayış binasında yanğın olub
"Barcelona" 25-ci dəfə futbol üzrə İspaniya çempionu oldu
Bakıda 72 yaşlı kişi mağazadan şokolad oğurlayarkən tutuldu
Fransa və İran prezidentləri arasında telefon danışığı gerçəkləşib
İstanbul derbisinin qalibi "Qalatasaray" oldu
Mayda 3 gün ardıcıl iş olmayacaq
Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü və 28 May – Respublika günü iş günləri hesab edilmir. 9 May – Faşizm üzərində Qələbə günü çərşənbə gününə, “28 May – Respublika günü isə bazar ertəsinə təsadüf edir. Bu səbəbdən də beşgünlük iş həftəsində çalışanlar üçün ardıcıl olaraq üç gün istirahət günü olacaq.
Mariya Zaxarova: ""Skripal işi"ni diqqətdən kənarda qoymayacağıq"
Rusiyanın Xarici İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın və qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsi işinin araşdırılmasını diqqətdən kənarda qoymaq niyyətində deyil. Çünki Moskvada bu mövzu ilə bağlı ictimaiyyətə veriləsi məlumat var. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, qeyd edib ki, Britaniyada bu işlə bağlı hamı nədənsə ani olaraq susub. Bu, olduqca qəribə görünür.
Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açır
Bu ilin mayında Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq. Bu, Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfiri Georgiya Cancqavanın Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdə məlum olub. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi notasında bildirilib ki, Səudiyyə Ərəbistanı və Gürcüstan arasında mövcud münasibətlər və tərəflərin bu münasibətlərin inkişafı arzulamasını nəzərə alınaraq, 2018-ci ilin mayında Səudiyyə Ərəbistanının Tbilisidə səfirliyi açılacaq.
Məşhur “Topaz” oğrusunun yeni cinayəti üzə çıxdı - Əməliyyat
Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 300 manat oğurlanıb. 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mübariz Məmmədov tutulub. Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə F.X.Xoyski küçəsindəki “Topaz” mərc oyunları məntəqəsindən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlanması barədə müraciət daxil olub.
Bakıda gecə klubunda 37 manat söhbəti... – Cinayət
Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Rayonun Bülbül prospekti 25 ünvanında yerləşən gecə klubunda əylənməyə gələn bir gənc oğlan soyğunçuluqla üzləşib. Naməlum şəxs əylənməyə gələn gənc oğlanın 37 manatını alaraq qaçıb.
Məşhur fotoqraf şahzadəyə təcavüz edib? - ÖLKƏ QARIŞDI
İsveçin məşhur qəzeti “Svenska Dagbladet” vəliəhd şahzadə Viktoriyanın təcavüzə məruz qaldığına dair məlumat yayıb. 41 yaşlı şahzadəyə təcavüz edən şəxs ölkənin məşhur fotoqraflarından və mədəniyyət-sənət sahəsinin önəmli fiqurlarından biri olan 71 yaşlı Jean-Claude Arnaultdur. Bu barədə qəzetə Arnaulta yaxın 3 mənbə bildirib.














