Avstriyada təyyarə qəzaya uğrayıb

Avstriyanın qərbində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident İnsbruk şəhər hava limanı yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb. Onların İsveçrə vətəndaşları olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31