Bakıda 72 yaşlı kişi mağazadan şokolad oğurlayarkən tutuldu

Bakıda mağazada oğurluğa cəhd etmiş 72 yaşlı kişi tutulub. Xətai rayonu Neapol küçəsində yerləşən "Səbət" marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutub. Mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verib.

Araşdırma aparılır.

Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31