Yasamalda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, 9 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 8 ədəd elektrik açarı və 2 p.m elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31