İstanbul derbisinin qalibi "Qalatasaray" oldu
29 Aprel 2018 22:42 İdmanBu gün Türkiyə superliqasında 31-ci turun oyunları davam etdirilir.
Turun mərkəzi oyununda - İstanbul derbisində lider "Qalatasaray" turnir cədvəlindəki ən yaxın izləyicilərindən olan "Beşiktaş"ı qəbul edib. Çempionluq uğrunda mübarizə aparan bu komandaların görüşündə "Qalatasaray" 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə "Cim-Bim" ilk pillədəki mövqeyini qoruyub.
Digər görüşdə Başakşehir" səfərdə autseyderlərdən olan "Osmanlıspor"u 4:1 hesabı ilə məğlub edib.
20.00. "Qalatasaray" - "Beşiktaş" - 2:0
Qollar: Fernando, 23, Rodriqes, 70
Qırmızı vərəqə: Toşiç, 65 ("Beşiktaş")
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31