Gündəm
Lüis Hemilton: “Bəxtim gətirdi"
"Yarışın bu cür yekunlaşacağını təxmin etmirdim. Valtteri Bottas çox yaxşı görünürdü və qələbəyə layiq idi. Sebastyan Fettel də çox sürətli idi". Bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi “Mercedes” komandasının pilotu Lüis Hemilton deyib. Britaniyalı sürücü bəxtinin gətirdiyini bildirib.
İlham Əliyev: “Qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər”
"Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir". Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilən zaman “Fox Sport” televiziya kanalına müsahibəsində söyləyib.
Sabiq prezident vəfat etdi
1980-ci ildə hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olan general Luis Qarsiya Mesa Texada vəfat edib. Luis Qarsiya Mesa aprelin 29-u 88 yaşında Kossmul-de-la-Pas xəstəxanasında dünyasını dəyişib.
Reyd keçirildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
Robot insanları işə götürür
Rusiyanın “Stafory.com” şirkətinin mütəxəssisləri tərəfindən yaradılan robot insanlarla söhbətlər aparır və işə uyğun namizədləri seçir. Şirkət yeni işçilərə ehtiyacı olan kommersiya təşkilatları üçün işə qəbul xidmətləri təklif edir. Vera adlanan robot hər gün mindən çox potensial əməkdaşla söhbətlər aparır.
"Melaniya Tramp Ağ Evdə əsir saxlanılır" - Fransanın birinci xanımı
Fransa prezidenti Emmanuel Makronun 65 yaşlı xanımı Bricit Makron ABŞ səfərindən sonra ölkəsinin “Paris’te Le Monde” qəzetinin müsahibə verib. Vaşinqtonda keçirdiyi maraqlı anları bölüşən Fransanın birinci xanımı ABŞ-ın birinci ledisi Melaniya Trampın gündəlik həyatından da danışıb. Xanım Makron bildirir ki, Melaniya Tramp Ağ Evdə əsir, dustaq kimi yaşayır:
Tatlısəsin Ərdoğanla bağlı bölüşdüyü xatirələr yalan çıxdı - VİDEO
Məşhur müğənni İbrahim Tatlısəsin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında prezident seçkilərinin təbliğat-təşviqat mitinqləri çərçivəsində İzmir şəhərində çıxış edərkən bölüşdüyü xatirələr yalan çıxıb. Tatlısəs Ərdoğanın bələdiyyə sədri olduğu zaman evlərinə təbii qaz xətti çəkdirdiyini bildirib. Müğənni qeyd edib ki, oğlu İdo həmin dövrdə iki aylıq olub.
Bağlanmış bu yol axşam açılacaq
Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sürücülərdən qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almaları xahş olunur.
Qorbaçovun qaynı dəlixanada öldü: Müəmmalı tale
Voronejdə Raisa Qorbaçovanın qardaşı - yazıçı Yevgeni Titarenko vəfat edib. Titarenko ölümünə az qalmış psixiatriya xəstəxanasından köçürüldüyü vilayət xəstəxanasında dünyasını dəyişib. SSRİ-nin ilk və son birinci xanımının doğma qardaşı uzun illər Orlovka qəsəbəsində yerləşən dəlixanada yaşayıb. Heç bir qohumu ona qəyyum kimi qeydiyyatdan keçməyib və Yevgeni Titarenkonun rəsmi qəyyumu psixiatrik dispanser və onun baş həkimi göstərilir. Başqa sözlə, Mixail Qorbaçovun qaynı tam tənhalıqda, kimsəsiz ölüb.
“Evə getdim, makiyajı yudum...” - Anarın dəyişdiyi Nərmin
Bir müddət əvvəl vizajist Anar Ağakişiyev tərəfindən dəyişdirilən Nərmin Cəfərova BBC-yə müsahibə verib. Nərmin deyib ki, o artıq ilkin konsultasiya üçün Moskvada olub. Həkimlər ona qaş, burun, dodaq nahiyələrində əməliyyat aparılacağını deyiblər:
Ərdoğan Koreyaya gedir
İclasdan sonra Özbəkistana yola düşürük, iki gün orada olacağıq. Oradan da Cənubi Koreyaya keçəcəyik. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul mahal Gənclik qolları toplantısında çıxışı zamanı deyib.
“Telegram” işini bərpa edib
Trampla Makronun Ağ Evdə əkdiyi ağac yoxa çıxdı
İnsanı kasıb edən SƏBƏBLƏR – Oxuduqca DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ
Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.
Rusiyada dəhşətli qətl: ana iki övladını yandırdı
Rusiyanın Nijni Novqorod şəhərində dəhşətli qətl hadisəsi baş verib. Yelena Kərimova adlı qadın 2 övladını boğaraq qətlə yetirdikdən sonra cəsədləri yandırıb. Yelena Kərimova bunun üçün xüsusi plan hazırlayıb.







.jpg)






