Tatlısəsin Ərdoğanla bağlı bölüşdüyü xatirələr yalan çıxdı - VİDEO​​​​​​​

Məşhur müğənni İbrahim Tatlısəsin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında prezident seçkilərinin təbliğat-təşviqat mitinqləri çərçivəsində İzmir şəhərində çıxış edərkən bölüşdüyü xatirələr yalan çıxıb. Tatlısəs Ərdoğanın bələdiyyə sədri olduğu zaman evlərinə təbii qaz xətti çəkdirdiyini bildirib. Müğənni qeyd edib ki, oğlu İdo həmin dövrdə iki aylıq olub.

 

Məşhur müğənni İbrahim Tatlısəsin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında prezident seçkilərinin təbliğat-təşviqat mitinqləri çərçivəsində İzmir şəhərində çıxış edərkən bölüşdüyü xatirələr yalan çıxıb.

Tatlısəs Ərdoğanın bələdiyyə sədri olduğu zaman evlərinə təbii qaz xətti çəkdirdiyini bildirib. Müğənni qeyd edib ki, oğlu İdo həmin dövrdə iki aylıq olub.

İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs 15 fevral 1992-ci ildə anadan olub. Ərdoğan isə 27 mart 1994-cü ildə İstanbul Böyük Bələdiyyəsinin sədri seçilib. Tarixlərin uyuşmazlığı Tatlısəsin Ərdoğanla bağlı danışdığı xatirələrin gerçəyə uyğun olmadığını ortaya çıxarıb və hər kəsdə şübhə yaradıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31